17 fevral 2016 00:30

Sergey Zenyov: Ümid edirəm ki, Rəvana daha çox qol vuracağıq

“Qəbələ” Topaz Premyer Liqasının 21-ci turunun ev oyununda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Azerisport.az xəbər verir ki, zədə üzündən ötən turun “İnter”lə qarşılaşmasını buraxmalı olan Sergey Zenyov dönüşünü qol ötürməsi ilə qeyd edib. Cinahdakı fəallığı ilə seçilən estoniyalı Ermin Zetsin qələbə qolunda assistent kimi çıxış edib. Sergey oyun haqda fikirlərini klub saytına açıqlayıb:

“Sumqayıt”la oyun ağır oldu. Bu qarşılaşmada nəticə vacib idi. 3 xal qazanmaqla bunun öhdəsindən gəldik. Çünki qalib gəlməli idik və başqa heç bir nəticə bizi qane etmirdi. Belə sıx müdafiə olunan komandaya qarşı oynamaq xüsusilə çətin olur. Çünki möhkəm müdafiə səddini yarmalı olursan. Sevinirəm ki, bunu bacarıb 3 xal əldə etdik. Təbii ki, matçdan əvvəl rəqibin necə oynayacağını təsəvvürümüzə gətirib, matçın axarını təxminən bilirik. Qarşılaşmalara da buna uyğun hazırlaşırıq. Bu, “Sumqayıt”la da ilk oyunumuz olmadığından necə mübarizə aparacağımız öncədən bəlli idi”.

Matçın ən yaxşılarından olan hücumçu öz oyununu dəyərləndirib, həmçinin növbəti turun “Rəvan”la görüşü haqda fikirlərini bildirib: “Özüm qol vurmasam da, oyunumdan razı qaldım. Hər halda, məhsuldar ötürmə verməyim sevindiricidir. Qol imkanlarımız daha çox oldu. Bu, sevindirici məqamdır. Amma təəssüf ki, istifadə edə bilmədik. Daha çox fərqlənməyimiz mümkün idi. Lakin əsas odur ki, lazım olan nəticəni əldə edib, qalib gəldik. Növbəti oyundakı rəqibimiz “Rəvan” da elə komandadır ki, əsasən müdafiə olunur. Həmin görüşdə də böyük, çətin səddi yarmalıyıq. Ümid edirəm ki, həmin oyunda bunun öhdəsindən daha yaxşı gəlib, daha çox qol vuracağıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.