16 fevral 2016 19:00
Xəzər Lənkəranın oyunçusuna Realda 10 gün vaxt verdilər
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərov İspaniyaya yollanıb. Azerisport.az xəbər verir ki, o, Sequnda liqa təmsilçisi "Real Ovyedo"da baxışda olacaq.
Gənclərdən ibarət yığma komandamızın üzvünə 10 gün vaxt verilib. O, bu müddət ərzində klubun məşqçilər korpusuna özünü yaxşı tərəfdən göstərməlidir.
