16 fevral 2016 18:40
Zirə Xəzər Lənkəranla oyun öncəsi yarımmüdafiəçisini itirdi
"Zirə"nin yarımmüdafiəçisi Elvin Məmmədov sıradan çıxıb. Azerisport.az xəbər verir ki, o, Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində keçirilən "Rəvan"la matçın əvvəlində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, bu zədə səbəbindən futbolçu məşqləri 3-4 həftə sonra bərpa edə biləcək. Belə olan halda Məmmədovun növbəti turun "Xəzər Lənkəran"la oyununda meydana çıxmayacağı dəqiqdir.
