16 fevral 2016 18:00
Laşa Kasradze: Kəpəzlə oyundan 3 xalla ayrılmalıyıq
"İnter"in müdafiəçisi Laşa Kasradze Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu (0:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AZAL-la oyun bizim üçün vacib idi. Qələbə qazanmaq istəsək də, alınmadı. Rəqib qapısı qarşısında çoxlu təhlükəli vəziyyətlərimiz oldu. Amma heç birindən yararlana bilmədik. Keçmiş klubuma qarşı oynamağım mənim üçün heç bir məna kəsb etmirdi. Mənim üçün "İnter"in qarşılaşdığı bütün komandalar rəqibdir. Əfsuslar olsun ki, son dövrlər oyunumuz alınmır. Qarşıda "Kəpəz"lə görüş var. Bu oyundan qalib ayrılmalıyıq".
