16 fevral 2016 17:20
Neftçinin 6 futbolçusu yığma komandada
2016-cı ildə Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək. Azerisport.az xəbər verir ki, fevralın 18-dən martın 4-dək paytaxtımızda baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 6 futbolçusu – Bahadur Həziyev, Pilağa Mehdiyev, Elçin Əsədov, Kamran İbrahimov, Aslan Bədəlzadə və Ərziman Rizvanov dəvət olunublar. (klub saytı)
