16 fevral 2016 16:40

Prosineçki: İnanıram ki, millinin oyunları Gəncədə baş tutsa, daha çox azarkeş gələr

Topaz Premyer Liqasının 21-ci çərçivəsində keçirilən “Kəpəz” – “Qarabağ” matçını yığma komandanın baş məşqçisi Robert Prosineçki də izləyib. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssisi Nizami yurduna ilk səfərində köməkçisi, Gəncə futbolunun yetirməsi Mahmud Qurbanov müşayət edib.

Matçdan sonra millinin baş məşqçisi klub saytının suallarını cavablandırıb. Xorvatiyalı çalışdırıcı öncə Gəncə klubunun çempionatdakı çıxışına münasibət bildirib: “Kəpəz” cari mövsümdə çox yaxşı təsir bağışlayır, uğurlu nəticələr qazanır. Belə çıxış bizim diqqətimizi çəkməyə bilməz. Bu komandada yaxından izlədiyim oyunçular var. Onlardan bəzilərini ötən il millinin heyətinə cəlb etmişdim. İndi də yığmada görmək istədiyim futbolçular var. Hələlik, onların adını çəkmək istəmirəm. Çünki bu haqda danışmaq bir qədər tezdir. Zamanı gələndə heyəti açıqlayacağıq və onda adlar məlum olacaq”.

“Qarabağ”la oyunda qol vuran Namiq Ələsgərovun çıxışı Prosineçkinin ürəyincə olub. Yarımmüdafiəçinin oyununu yüksək qiymətləndirən çalışdırıcı millinin qapılarının onun üzünə açıq olduğunu deyib: "Meydanda olan milli üzvlərindən razı qaldım. Bu mənada Namiqi ayrıca qeyd etmək istərdim. Bilirsiniz ki, ötən il bu futbolçunu Maltaya qarşı oyunda milliyə dəvət etmişdim. Təəssüflər olsun ki, həmin görüşdə ağır zədələndi və bir neçə ay idi ki, futboldan kənarda qalmışdı. Çox xoşdur ki, uzun fasilədən sonra Namiq yaxşı formada meydana qayıdıb. Mən buna ancaq sevinirəm. Bu cür çıxışını davam etdirsə və zədə ilə bağlı çətinliyi olmasa, onu gələn ay Türkiyədə keçiriləcək təlim-məşq toplanışına çağıracağam”.

Azərbaycan yığma komandasının baş məşqçisi Gəncədə azarkeş çoxluğundan razılıqla bəhs edib. Prosineçki “Kəpəz” fanatlarının möhtəşəm olduğunu vurğulayıb: “Mən Gəncədə çılğın və böyük azarkeş ordusu gördüm. Onların komandaya böyük dəstək verməsi və ümumiyyətlə, stadiona bu qədər fanatın gəlməsi çox sevindicidir. İnanıram ki, millinin oyunları bu stadionda baş tutsa, görüşləri izləmək üçün daha çox azarkeş gələcək. Bu qədər azarkeş onu göstərir ki, Gəncədə insanlar futbolu çox sevirlər".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.