Mariya Stadnik: Azərbaycan mətbəxini, xüsusilə şirin plovu çox sevirəm
Azərbaycan güləş yığmasının liderlərindən olan Mariya Stadnik Ukrayna mətbuatına müsahibə verib. Azerisport.az xəbər verir ki, o, bu müsahibədə bir sıra maraqlı fikirlər səsləndirib:
"Azərbaycan prezidenti güləşi sevir. Məni hələ Pekin-2008-də izlədiyini söylədi. Pekin Olimpiadasından sonra mənə Bakıda mənzil hədiyyə olundu, oranı təmir etdilər. Çox istəyirdilər ki, mən Bakıda qalım və güləşi inkişaf etdirim. Ailəmlə daha çox orada qalıram. Yerli mətbəxdən nəsə hazırlaya bilirəmmi? Yox. Ukrayna mətbəxindən də təkcə mürəbbələri hazırlaya bilirəm. Burada söhbət heç də mənim bacarmadığımdan və ya istəmədiyimdən getmir. Evdə olanda qaynanam özü hər şeyi hazırlayır. Azərbaycan mətbəxini sevirəm. Xüsusilə də şirin aşı. Möhtəşəm xörəkdir. Ora gedəndə həmişə yeyirik".
