16 fevral 2016 15:40

AFFA: Pul tələb olunarsa, assosiasiyaya məlumat verin!

AFFA ölkəmizdə futbolun kütləviliyinin təmin olunması və sağlam həyat tərzinin təbliği məqsədilə respublikamızın müxtəlif bölgələrində quraşdırdığı süni ötüklü meydançalarla bağlı müəyyən məqamlara aydınlıq gətirib. Azerisport.az xəbər verir ki, AFFA facebook sosial şəbəkəsindəki səhifəsinə edilən müraciətləri nəzərə alaraq, bunları açıqlayıb:

"Meydançaların quraşdırılmasında məqsəd uşaqlara, yeniyetmələrə, gənclərə bu gözəl idman növü ilə məşğul olmaq, futbol oynamaq üçün şərait yaratmaqdır. Meydançalar əsasən məhəllələrdə, orta, orta ixtisas, ali məktəb və digər ərazilərdə quraşdırılıb. AFFA tərəfindən heç bir süni örtüklü meydança hər hansı şəxsi ərazidə quraşdırılmayıb. AFFA süni ot örtüyünün və onun quraşdırılmasının qarşılığında pul almayıb və bütün bu işlər assosiasiyanın vəsaiti hesabına həyata keçirilib. Meydançaya süni ot örtüyünün quraşdırılması prosesi başa çatdıqdan sonra AFFA həmin meydançanı ərazinin məxsus olduğu və meydançanın salınması barədə müraciət etmiş təşkilatın istifadəsinə verir. Həmin təşkilat da meydançanın istifadəsinə tam məsuliyyət daşıyır. Lakin, meydançanın məhz futbol məqsədilə istifadəsinə daha da əmin olmaq üçün AFFA orada xüsusi lövhələr quraşdıraraq ictimaiyyətə müraciət edir ki, meydançaların istifadəsi üçün pul tələb olunarsa, assosiasiyaya məlumat verilsin. Gələcəkdə, həmin meydança istifadəyə yararsız vəziyyətə düşdükdə və AFFA-ya yenilənmə ilə bağlı müraciət daxil olduqda, müraciət müsbət cavablandırılmayacaq. Çünki həmin meydançadan müvafiq təşkilat və ya ayrı-ayrı şəxslər pul qazanıb, kommersiya məqsədilə istifadə ediblər.

Süni örtüklü meydançalar barədə bütün şikayət və təkliflər AFFA tərəfindən nəzərə alınır və gələcək fəaliyyət üçün qeydiyyatı aparılır. Bizim əsas məqsədimiz uşaqlara, yeniyetmələrə, gənclərə ödənişsiz olaraq futbol oynamaq üçün şərait yaratmaqdır. Əgər bəzi şəxslər bu layihədən şəxsi məqsədləri üçün istifadə edirsə, bu, o adamların vicdanının öhdəsinə düşür.

Fəallığınız üçün sizə təşəkkür edirik! İndi isə sizdən kompüterdən (və ya telefondan) ayrılaraq futbol oynamaq üçün meydançaya getməyinizi xahiş edirik!"

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.