16 fevral 2016 15:00
Ruslan Abışov Qəbələnin əsas heyəti ilə məşqlərə başlayır
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov komandasının əsas heyəti ilə məşqlərə başlayır. Azerisprt.az saytına futbolçunun özünün verdiyi məlumata görə, o, sabahdan etibarən komanda ilə hazırlıq keçəcək.
Qeyd edək ki, yanvarın əvvəlindən sonunadək Almaniyada müalicə alan futbolçu vətənə qayıtdıqdan sonra da fərdi qaydada hazırlaşırdı.
