16 fevral 2016 14:40
Kəpəzin braziliyalısı martın əvvəlində qayıda bilər
"Kəpəz"in braziliyalı yarımmüdafiəçisi Dario Junior vətəni Braziliyada məruz qaldığı iki əməliyyatdan sonra bərpa prosesini davam etdirir. Azerisport.az xəbər verir ki, hələ onun klubun düşərgəsinə nə vaxt qayıdacağı dəqiq bilinmir.
Bərpa prosesi uğurlu və tez alınsa, Dario Gəncə klubunun düşərgəsinə mart ayında qayıda bilər. Əks halda o, martın sonunda Azərbaycana gələcək.
