16 fevral 2016 14:00
Azərbaycan və Hollandiya yığmaları harada və nə vaxt üz-üzə gələcək?
Dünya çempionatına vəsiqə uğrunda Azərbaycan və Hollandiyanın futzal yığmaları arasında keçiriləcək pley-off oyunlarının yeri və vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, ilk görüş martın 22-də Hollandiyada keçiriləcək.
Cavab qarşılaşması isə aprelin 12-də Bakı İdman Sarayında baş tutacaq. Görüşün saat 21:00-da start götürməsi nəzərdə tutulub.
