16 fevral 2016 13:40

Vaqif Sadıqov: Zirə parlaq oyun sərgiləməsə də, sabit çıxışı ilə təəccübləndirir

AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun azerisport.az saytına müsahibəsi

- Fevral ayından etibarən Məşqçilər Şurası yaman fəallaşıb. Artıq bir neçə klub və yığma komandamızın düşərgəsində olmusunuz...
- Bəli, AZAL-ın, "Zirə"nin, U-19 yığmamızın düşərgəsinə baş çəkmişik. Sabah "İnter"in, ayın 19-da "Qarabağ"ın düşərgəsində olacağıq. Təkcə məşqçilər korpusu ilə yox, klub rəhbərliyi ilə də görüşürük.

- Bu görüşlərin əsas hədəfi nədir?
- Sənədlər hazırlayıb, AFFA rəhbərliyi qarşısında hesabat veririk. Bizim də öz təkliflərimiz olacaq.

- Sirr deyilsə, nə təklifləriniz var?
- Hər bir klubun öz problemləri, təklifləri var. Şübhəsiz ki, biz də bunları toplayırıq. Klubların adından bunları AFFA rəhbərliyinə təqdim edəcəyik. Regionları da unutmamışıq. Bizim Gəncə, Qəbələ və Lənkərana da səfərlərimiz olacaq.

- Gəncəyə səfər etmədən də belə demək olar ki, onların əsas problemi stadionla bağlıdır...
- Öncə buradakı müsbət məqamlara diqqət yetirmək lazımdır. Məsələn, azarkeşlərin oyunlara gəlmə fəallığına. Arenanın vəziyyətinə gəlincə, əminəm ki, gələcəkdə bu problem də aradan qaldırılacaq. Stadion qaydasına salınacaq. Klub qarşısına avrokuboklarda oynamaq hədəfi qoyub. Bunun üçün isə müvafiq stadionun olmalıdır. Amma hər şeydən önəmli olan böyük futbolun Gəncəyə qayıtmasıdır.

- Lakin azarkeş fəallığını digər bölgələrə aid etmək olmaz. Məsələn, "Qəbələ" fanatları demək olar ki, komandadan üz çeviriblər...
- Fikrimcə, bu, komandanın Premyer Liqadakı nəticələri ilə əlaqədardır. Biz klub rəhbərliyi ilə görüşdə bu məsələyə də toxunacağıq. Əsas odur ki, bütövlükdə ölkədə futbol inkişafdadır.

- Çempionatın debütantı "Zirə"nin çıxışı sizi təəccübləndirir?
- Təəccübləndirir demək olar.

- Sizə elə gəlmir ki, onların belə inamlı çıxışı digər klublarımızın zəif oynamasından irəli gəlir?
- Bu fikirlə razı deyiləm. Biz həmişə çempionatda rəqabəti artıracaq komandaların olmasını arzulamışıq. Hazırda 7-8 klub qarşısına avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyub. Premyer Liqada intriqa mövsümün sonunadək davam edəcək. "Zirə" daha çox sabit çıxışı ilə təəccübləndirir. Ola bilər ki, komanda parlaq oyun sərgiləmir. Amma bunu aradan qaldırmaq olar. Gənc məşqçilər korpusunun rəhbərliyi ilə komanda az uğurlara imza atmayıb. Bu da futbolumuzun bir uğurudur.

- Bu görüşlər zamanı manatın devalvasiyasının klublarımıza təsirini də hiss etmisiniz?
- Hansısa klub rəhbərliyinin bundan şikayətləndiyinin şahidi olmamışıq. Daha çox peşəkar məsələlərdən söhbət açılır, maliyyə məsələlərindən yox.

- Ola bilər ki, bundan sonra legionerlər klublarımızdan FİFA-ya şikayət etməsinlər?
- Bu, klublarımızın sözügedən məsələ ilə bağlı daha yaxşı düşünməsini şərtləndirən məqamlardan biridir. Bu cür nümunələr futbolumuza az zərbə vurmur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.