Futbolçuları Neftçini ziyana saldılar
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının və əvəzedicilərin çempionatının 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının 21-ci turunun “Neftçi” – “Xəzər Lənkəran” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Topaz Premyer Liqasının 21-ci turunun “Zirə” – “Rəvan” matçının 85-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
Əvəzedici heyətlərin 21-ci turunun “Zirə” – “Rəvan” matçında “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
