16 fevral 2016 12:00
Azərbaycan yığmasının yarımmüdafiəçisi Realın düşərgəsinə yollanır
Azərbaycanın gənclərdən ibarət yığmasının və "Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Elnur Cəfərov İspaniyaya yollanır. Azerisport.az xəbər verir ki, cənub klubunun transferə çıxardığı futbolçu ilə "Real Ovyedo" klubu yaxından maraqlanır.
Sequnda liqada çıxış edən bu klub onu baxışa çağırıb. Cəfərov özünü yaxşı tərəfdən göstərə biləcəyi halda, onun bu komandada qalması istisna olunmur.
Qeyd edək ki, "Real Ovyedo" 25 turdan sonra turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.
