16 fevral 2016 11:30

Muarem Muarem: Neftçiyə də qalib gəlmək üçün çox ciddi hazırlaşmalıyıq

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Kəpəz" üzərində qazandıqları 2:1 hesablı qələbədən sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Zədə səbəbindən buraxdığınız bu oyunla bağlı nə deyə bilərsiniz?
- Bəli, mən bu görüşdə iştirak edə bilmədim. Oyunu tribunadan izlədim. Komandamız yaxşı oynadı. Çətinliklə də olsa, üç xal qazana bildik.

- "Qarabağ"ın bu oyunda çətinliklə üzləşməsi qazonla bağlı idi, ya başqa səbəbləri vardı?
- Gəncədəki stadionun qazonunun durumu hər kəsə yaxşı bəllidir. "Qarabağ", topla oynamağı xoşlayan futbolçular üçün belə meydanda hərəkət etmək çox çətindir.

- Əfran İsmayılovun qolu ilə bağlı nə deyə bilərsiniz?
- Gözəl qol alındı. Amma qol barədə çox danışmağa dəyməz. Çünli Əfranın ustalığı burada öz sözünü dedi.

- Oyundan sonra baş məşqçiniz Qurban Qurbanov bu üç xalı çempionatda qazandıqları ən çətin qələbə kimi qiymətləndirdi...
- Onunla tam razıyam. Həqiqətən də bu mövsüm qazanılan ən çətin qələbə idi.

- Stadiondakı atmosferlə bağlı nə deyə bilərsiniz?
- "Kəpəz" azarkeşləri möhtəşəm idilər. Bütün oyunu dayanmadılar, komandalarını dəstəklədilər. Gəncə klubunun fanatlarına bu cür dəstəyə, futbola belə münasibətə görə təşəkkürümü bildirirəm. Bu, futbolçular üçün də çox vacibdir. Çox istərdim ki, çempionatın digər oyunlarında da belə fanatları görək.

- Qarşıda "Neftçi" ilə oyun var. Həmin görüşə qədər sıraya dönə biləcəksiniz?
- Bu oyun bizim üçün çox vacibdir. "Neftçi" ilə görüşlərimiz həmişə ağır keçir. Bu görüşə çox ciddi hazırlaşmaq lazımdır ki, qələbə qazanaq. Mən də hazır olmağa çalışacağam. Amma heyəti baş məşqçi müəyyənləşdirir.

- "Neftçi"nin Nikolas Kanalesi geri qaytarmasından xəbəriniz var. Onu meydana çıxacağı halda "Qarabağ" üçün problem saymaq olar?
- Kanales çox yaxşı futbolçudur. Ona qarşı oynamağın nə dərəcədə çətin olduğunu ən yaxşısı müdafiəçilər söyləyə bilər. "Neftçi" Kanalesi qaytarıbsa, deməli, ona ehtiyacı var. Ona Azərbaycanda uğurlar arzulayıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.