16 fevral 2016 01:00
Domjalenin idman direktoru Samir Məsimovu təriflədi
Sloveniyanın "Domjale" klubunun idman direktoru Matey Orajem azərbaycanlı futbolçu Samir Məsimovu transfer etmələrindən danışıb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları söyləyib:
"Samir Məsimov klubumuza fayda gətirə biləcək futbolçudur. O, Azərbaycanın ən yaxşı və populyar futbolçularından biridir. Azərbaycan mətbuatının bu transferlə bağlı xəbərləri də bunun bir göstəricisidir. O, Azərbaycan çempionatının ulduzudur".
