16 fevral 2016 00:45

Tural Cəlilov: XL Avropa Liqasına vəsiqə qazana bilər

"Xəzər Lənkəran"ın kapitanı Tural Cəlilov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi"yə 0:1 hesabıyla uduzduqları oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Komandanız pis oynamasa da, son dəqiqələrdə buraxdığı qolla "Neftçi"yə uduzdu. Sonadək dözə bilməməyinizə nə səbəb oldu?
- Oyuna ciddi hazırlaşmışdıq. "Neftçi" ilə oyunların "Xəzər Lənkəran" üçün necə önəmli olduğunu hamı yaxşı bilir. İkinci hissədə daha yaxşı oynadıq. Qol vəziyyətlərimiz də oldu. Amma sonda uduzduq.

- "Neftçi"yə qol vurmağa ən yaxın olan Zaman Mirzəzadə oldu, o da boş qapıya yol tapa bilmədi...
- Həmin epizoda uzaq idim və elə bildim ki, zaman qol vurub. Amma əfsuslar olsun ki, bəxtimiz gətirmədi. Halbuki, həmin epizodda qol vursaydıq, qalib də gələ bilərdik.

- Siz əvvəllər də "Neftçi"yə qarşı oynamışdınız. Bu dəfəki görüşü "Böyük oyun" adlandırmaq olar?
- Olar. Çünki maraqlı və gözəl oyun keçdi. Gərginlik də var idi. Biz bu qarşılaşmada qələbəyə layiq idik. Sadəcə, qol vura bilmədik.

- "Xəzər Lənkəran"ı qarşıda "Neftçi" ilə iki kubok oyunu da gözləyir. Yəqin ki, həmin görüşlərdə qələbə qazanmağa çalışacaqsınız...
- Əlbəttə, bütün diqqətimizi kuboka yönəltmişik. Bizim avrokuboklara çıxmaq şansımız var. "Neftçi" ilə kubok oyunlarına daha böyük istəklə çıxacağıq. Onları keçmək üçün əlimizdən gələni edəcəyik.

- Növbəti turda komandanızı "Zirə" ilə oyun gözləyir. Hansı ki, ilk iki dövrədə debütanta uduzmusunuz...
- Biz hər oyuna böyük motivasiya ilə, xal qazanmaq üçün çıxırıq. "Zirə" ilə oyunda da belə olacaq. Ümid edirəm ki, bu dəfə biz qələbə qazanacağıq.

- "Xəzər Lənkəran"ın iddialı dövründə də bu komandada oynamısınız. İndiki vəziyyətdə bu klubda çıxış etmək sizə pis təsir etmir?
- Təkcə mənə yox, bütövlükdə klubumuzun hər bir azarkeşinə "Xəzər Lənkəran"ı bu vəziyyətdə görmək çox pis təsir edir. Amma biz inanır və ümid edirik ki, komandamız yenə əvvəlki iddiasını geri qaytaracaq və çempionluğa oynayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.