16 fevral 2016 00:30
Muarem Muarem: Kəpəz fanatları möhtəşəm idilər
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Kəpəz" üzərində qazandıqları 2:1 hesablı səfər qələbəsini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən bu görüşdə meydana çıxmadım. Amma oyunu tribunadan diqqətlə izlədim. "Kəpəz" fanatları möhtəşəm idilər. Onlar bütün oyun ərzində dayanmadılar, komandalarını dəstəklədilər. Gəncə klubunun azarkeşlərinə bu cür dəstəyə, futbola belə münasibətə görə təşəkkürümü bildirirəm. Bu, futbolçular üçün də çox vacibdir. Premyer Liqanın bütün oyunlarında belə fanatların olmasını istərdim".
