16 fevral 2016 00:10
Nurlan Novruzov: Rəvanla oyunda həfədimiz 3 xal qazanmaq idi, buna da nail olduq
"Zirə"nin hücumçusu Nurlan Novruzov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu oyuna çox cidd hazırlaşmışdıq. "Rəvan" əzmkar mübarizə apardı. Amma biz onların bu cür çıxış edəcəyini gözləyirdik. Çünki rəqibin meydanda 90 dəqiqə mübarizə apardığını görmüşdük. Onları bu cür oyun münasibətilə təbrik edirəm. Lakin bizim də hədəfimiz 3 xal qazanmaq idi. Buna da nail oluq".
