15 fevral 2016 21:00
Adil Şükürov: Rəvanla matça 3 xal qazanacağımız görüş kimi baxırdıq
"Zirə"nin baş məşqçisi Adil Şükürov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çox gərgin oyun oldu. Xüsusilə sonluq daha gərgin alındı. Qol vəziyyətlərimiz çox oldu. Amma çoxunu qaçırdıq. Bunun üzərində işləməliyik. Ən vacib qələbələrimizdən birini qazandıq. "Rəvan" da döyüşkən komandadır. Bəhmən Həsənova da əhsən düşür ki, belə çətin vəziyyətdə bu cür döyüşkən komanda yaradıb. Bu oyuna 3 xal qazanacağımız görüş kimi baxırdıq. Buna da nail olduq. Qarşıda bizi "Neftçi", "Qəbələ", "Qarabağ" kimi komandalarla görüşlər gözləyir. Onlara da ciddi hazırlaşmalıyıq".
