Bəhmən Həsənov: Zirədən xalla qayıda bilərdik
"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Oyunun gərgin keçəcəyini bilirdik. "Zirə" ideal komandadır. Sistemi oturmuş komandadır. Heç-heçə də yox, qələbə üçün gəlmişdik. Hesab edirəm ki, bu gün buradan xalla dönə bilərdik. Amma zədəli və cəzalı futbolçularımızın çox olması istədiyimizi gerçəkləşdirməyə imkan vermədi. Qol epizodları ilə zəngin görüş idi. Futbolçulardan razıyam. Rəqib güclü olsa da, biz də zəif olmadığımızı sübut etdik. Rəqiblərimizdən heç nədə geri qalmırıq. Sadəcə, ustalıq səviyyəsində uduzurq. Penalti olub olmadığını indi dəqiq söyləyə bilmərəm. Epizodun təkrarına baxmaq lazımdır". (CBC)
