15 fevral 2016 20:00

AFFA-dan qeydiyyatla bağlı yeni layihə

2009-cu ilin yanvar ayından etibarən AFFA tərəfindən futbolla məşğul olan şəxslərin – futbolçuların, məşqçilərin və digər texniki işçilərin qeydiyyat sistemi yaradılıb. Azerisport.az xəbər verir ki, yarandığı ildən etibarən futbolla məşğul olan bütün şəxslərin qeydiyyatı mərkəzləşdirilmiş qaydada AFFA-nın Qeydiyyat və Statistika şöbəsi tərəfindən aparılır.

Hazırda AFFA tərəfindən FİFA Connect platforması - onlayn qeydiyyat sisteminin tətbiq edilməsi üzrə işlər gedir. 2016/17-ci il mövsümündən bu qeydiyyat sisteminin tətbiq olunması nəzərdə tutulur.

Tətbiq olunacaq FİFA Connect proqramı aşağıdakı üstünlüklərə malikdir:
 
Qeydiyyat mərkəzləşdirilmiş qaydada deyil, onlayn aparılacaq.
Sistemə keçid AFFA saytında olacaq.
Klub və komandalar aşağıdakı qeydiyyat prosesinin özləri aparacaq:
- klubun ilkin qeydiyyatı
- yeni oyunçuların qeydiyyatı
- transferlər
- heyət yenilənmələri
FİFA Connect proqramı hər bir üzv federasiyaya futbolla məşğul olan şəxslərin sistemli şəkildə qeydiyyatının aparılmasına kömək edir. FİFA Connect proqramının videoprezentasiyasının aşağıdakı keçid linkini diqqətinizə çatdırırıq:
http://www.fifa.com/

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.