15 fevral 2016 18:40
Antonovun qayıdışı gecikə bilər
"Qəbələ"nin yarımmüdafiəçisi Aleksey Antonovun yaşıl meydanlara dönüşü uzana bilər. Azerisport.az xəbər verir ki, ilkin proqnozlarda futbolçunun fevralın sonuna qədər meydana çıxmayacağı bildirilirdi.
Amma hazırda onun qayıdışının martın ortalarına qədər uzanması ehtimalı da yüksək qiymətləndirilir.
Qeyd edək ki, ukraynalı yarımmüdafiəçi yanvarın 30-da baş tutan "Kəpəz"lə səfər oyununda sıradan çıxmışdı.
