15 fevral 2016 17:20
I Divizionda 14-cü turun oyun cədvəli müəyyənləşdi
Futbol üzrə Azərbaycan 1-ci divizionunda fasilə başa çatır. Azerisport.az xəbər verir ki, bu həftə 14-cü turun oyunları keçiriləcək.
Artıq hesabat turunun oyun cədvəli məlumdur.
1-ci divizion
14-cü tur
18 fevral (cümə axşamı)
“Mil-Muğan” – “Şərurspor”
Heydər Əliyev adına İmişli şəhər stadionu.
“Şahdağ” – “Qaradağ Lökbatan”
Şövkət Orduxanov adına Qusar şəhər stadionu.
“Göyəzən” – “Turan Tovuz”
Qazax şəhər stadionu.
“Energetik” – “Bakılı”
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.
19 fevral (cümə)
“Bakı” – “Neftçala”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
“Ağsu” – MOİK
Ağsu şəhər stadionu.
“Şəmkir” – “Zaqatala”
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu.
Qeyd: Turun bütün görüşləri saat 14:00-da başlanacaq.
