15 fevral 2016 16:00
Anar Nəzirov: Maliyyə problemləri olsa da, Rəvan sonadək mübarizə aparır
"Zirə"nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi bu gün doğrudan da çətin oyun gözləyir. "Rəvan" hörmətə layiq rəqibdir. Maliyyə çətinliklərinin olmasına baxmayaraq, onlar hər oyunda sonadək mübarizə aparırlar. Məhz bu üzdən sözügedən rəqiblə oyuna ciddi yanaşırıq. Bizim öz hədəfimiz var. 35 xalımız var və turnir cədvəlində ikinci yerdə gedirik. Hədəfimizə çatmaq üçün bu, azdır. "Rəvan"la görüşdən də 3 xalla ayrılmalıyıq".
