15 fevral 2016 15:40
Xəzər Lənkəran Cəfərovu geri qaytarmaq istəyir
"Xəzər Lənkəran" transferə çıxardığı yarımmüdafiəçisi Elnur Cəfərovu geri qaytarmaq istəyir. Azerisport.az xəbər verir ki, hazırda gənc futbolçu klubuna dönməyə tələsmir.
Çünki onunla bir sıra xarici ölkə klubları maraqlanır. Məsələn, bir neçə gün öncə Elnurun Serbiyanın "Spartak" klubuna keçidi gündəmdə olsa da, tərəflər transfer haqqı ilə bağlı razılığa gələ bilməmişdilər. Yaxın günlərdə Cəfərovun gələcək aqibətinə aydınlıq gəlməsi gözlənilir.
