15 fevral 2016 15:20
Rəvan futbolçularına 150 manatdan pul payladı
"Rəvan"ın futbolçuları Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Zirə"yə qarşı oyun öncəsi maaşlarının bir hissəsini alıblar. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi oyunçuların hər birinə 150 manatdan pul ödəyib.
Amma məşqçilərdən heç biri pul almayıb.
Qeyd edək ki, "Rəvan" rəhbərliyinin komanda üzvlərinə təxminən 3 aylıq maaş borcu var. Komanda bu gün "Zirə"nin qonağı olacaq.
