15 fevral 2016 14:40
Qəbələnin Pavel Paşayevlə bağlı həsrəti sona çatdı
"Qəbələ" xeyli müddət idi ki, Ukrayna Futbol Federasiyasının Pavel Paşayevin transferi üçün lazım olan sənədləri göndərməsini gözləyirdi. Azerisport.az xəbər verir ki, nəhayət ki, UFF Azərbaycan yığmasının müdafiəçinin azad agent statusu daşımasına dair sənədləri göndəriblər.
Klubdan aldığımız məlumata görə, bu gün Zaporojye "Metallurq"unun sabiq üzvü ilə mövsümün sonunadək müqavilə imzalanacaq. Sabah isə Paşayevin adı Peşəkar Futbol Liqasında qeydiyyatdan keçiriləcək.
Qeyd edək ki, Paşayev yeni klubunda ən tezi fevralın 21-də keçiriləək "Rəvan"la oyunda debüt edə bilər.
