15 fevral 2016 13:20
Qarabağ - Neftçi matçının vaxtı bilindi
Topaz Premyer Liqasının 22-ci turu çərçivəsində keçiriləcək bəzi oyunların başlama vaxtları müəyyənləşib. Azerisport.az xəbər verir ki, turun mərkəzi görüşündə "Qarabağ"la "Neftçi" qarşılaşacaq.
Azərbaycan çempionatlarının daimi iştirakçıları fevralın 20-də üz-üzə gələcək. Həmin görüş saat 17:30-da start götürəcək.
"İnter"lə "Kəpəz"in oyunu fevralın 19-da keçiriləcək və saat 15:00-da başlayacaq.
"Xəzər Lənkəran" - "Zirə" görüşü isə ayın 21-də baş tutacaq və saat 14:00-da start götürəcək.
Hələlik, "Rəvan" - "Qəbələ" və "Sumqayıt" - AZAL matçlarının vaxtı müəyyənləşməyib.
