15 fevral 2016 13:00
Millimiz dünya reytinqində 11-ci pillədədir
Avropa çempionatı başa çatdıqdan sonra futzal üzrə yığma komandaların yeni reytinq siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, AÇ-2016-nın 1/4 final mərhələsinə qədər irəliləyə bilən Azərbaycan millisi dünya reytinqində 11-ci pilləyə yüksəlib. Hazırda komandamızın hesabında 1395 reytinq xalı var.
Dünya çempionatına vəsiqə uğrunda pley-off oyunlarında qarşılaşacağımız Hollandiya yığması isə 1237 xalla 23-cü pillədə qərarlaşıb.
Dünya reytinqinə yeni Avropa çempionu İspaniya başçılıq edir - 1948 xal. Bu komandanı Braziliya (1919) və Rusiya (1740) yığmaları izləyir.
