Şəhriyar Rəhimov: Əfran İsmayılov həmin epizodda qapıya zərbə endirməmişdi
"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Qarabağ"a uduzduqları oyunu (1:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ağır oyun olacağını bilirdik. "Qarabağ"ın gücünü hər kəs yaxşı bilir. Biz oyuna yaxşı başlamışdıq, hesabı da bərabərləşdirdik. Ancaq görüşün sonlarında kuryoz qol buraxaraq, məğlub olduq. Heç-heçə olmalı idi. Düşünmürəm ki, buna nail olmağımıza təcrübə çatmadı. Əfran İsmayılov texnikalı futbolçudur. Amma mənə elə gəlir ki, o, həmin epizodda qapıya zərbə vurmamışdı. O, qapı önünə ötürmə etdi, sadəcə, top trayektoriyasını dəyişərək tora daxil oldu. Bütövlükdə, "Qarabağ" birinci hissədə yaxşı oynadı, biz isə ikinci yarıda. Təəssüf ki, heç-heçə edə bilmədik. "Qarabağ"ı təbrik edirəm".
