Zirə Rəvana qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 21-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.
Hesabat turunun qapanış matçında iki paytaxt klubu - "Zirə" və "Rəvan" üz-üzə gəlib. Bu görüşdə gözlənildiyi kimi, meydan sahibləri qələbə qazanıblar. Amma "qartallar"ın "aslanlar" üzərindəki qələbəsi heç də asan başa gəlməyib.
Topaz Premyer Liqası
21-ci tur
15 fevral (bazar ertəsi)
“Zirə” - “Rəvan” - 2:1 (1:0)
Qollar: N.Bonilya, 23 (1:0). Y.Ağakərimzadə, 83 (1:1). N.Bonilya, 86-pen. (2:1).
Qırmızı vərəqə: K.Müslümov, 86.
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Ramil Diniyev.
Zirə İdman Kompleksinin stadionu.
“Zirə”: 1. Anar Nəzirov, 2. Çimezi Embah, 37. Yovan Krneta, 14. Tellur Mütəllimov, 13. Aleksandr Şemonayev (k), 11. Viktor İqbekoyi, 6.Vüqar Mustafayev, 32. Luis Alberto Dies, 60. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 9. Nelson Bonilya.
Ehtiyat oyunçular: 12. Şamo Həsənov, 27. Rəşad Abdullayev, 17. Nicat Qurbanov, 28. Təmkin Xəlilzadə, 8. Tərzin Cahangirov, 5. Adil Nağıyev, 90. Vüsal İsgəndərli.
Baş məşqçi: Adil Şükürov.
“Rəvan”: 1. Rəşad Əzizli, 21. Novruz Məmmədov (k), 14. Elvin Əliyev, 8. Məmməd Quliyev, 4. Kənan Müslümov, 92. Yamin Ağakərimzadə, 7. Elvin Həsənəliyev, 99. Əziz Hüseynov, 16. Orxan Lalayev, 19. Hüseyn Axundov, 15. Ceyhun Abdullayev.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 39. Əlibəy Məmmədli, 98. Ülvi Kələşov, 38. Zeki Sinan Akkoyun, 9. Nuran Qurbanov, 11. Elnur Abdulov, 5. Mirkamil Haşımlı.
Baş məşqçi: Bəhmən Həsənov.
Turun digər oyunları: AZAL - “İnter” - 0:0, “Neftçi” - “Xəzər Lənkəran” - 1:0, "Kəpəz” - “Qarabağ” - 1:2, “Qəbələ” - “Sumqayıt” - 1:0.
Bombardirlər:
8 - Riçard Almeyda ("Qarabağ").
7 - Ruslan Qurbanov ("Neftçi").
6 - Amil Yunanov ("Sumqayıt"), Aleksey Antonov ("Qəbələ").
