15 fevral 2016 00:25
Dadaşovun komandası yenə 1 xalla kifayətləndi
Almaniyanın Şimal-Şərq Regional Liqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Viktoria 1889 Berlin" ilə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. Rüfət bu matça start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Dadaşovun komandası 7 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.
