15 fevral 2016 00:15
Əfran İsmayılov: İdeal oyun keçirməyin çətin olacağını öncədən də bilirdik
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, 2:1 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Əsas odur ki, biz bu oyunda qələbə qazandıq. İdeal oyun keçirməyin çətin olacağını bilirdik. Ən azından qazon bunu həyata keçirməyimizə çox mane oldu. Həm də güclü rəqibə qarşı oynayırdıq. Onlar son turları itkisiz keçirmişdilər. Artıq bu tempdə davam etməyə çalışmalıyıq". (CBC)
