14 fevral 2016 20:00
Samir Abasov: Ardıcıl 3-cü məğlubiyyətlə üzləşsək də, ruhdan düşməyəcəyik
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Güclü rəqibə qarşı oynayırdıq. Buna görə də oyunu müdafiə üzərində qurmuşduq. Bu, bizim ardıcıl üçüncü məğlubiyyətimizdir. Amma ruhdan düşməyəcəyik. Vəziyyəti yaxşıya tərəf dəyişməyə çalışacağıq. Yaxşı komandamız var. Qarşıdakı oyunlarda qələbələrimiz də olacaq". (CBC)
