14 fevral 2016 12:00

Elşən Abdullayev: Neftçini Qarabağla oyunda heç-heçə də qane etməyəcək

"Neftçi"nin yarımmüdafiəçisi Elşən Abdullayev Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Xəzər Lənkəran"a 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Oyun barədə nə deyə bilərsiniz?
- İlk növbədə rəqibin oyununu qeyd etmək istərdim. Onlar 90 dəqiqə çox yaxşı müdafiə olundular. Onların belə oynayacağını gözləmirdik. Biz isə öz növbəmizdə çoxlu qol epizodu yaratsaq da, onların cəmi birindən, həm də görüşün sonunda yararlana bildik. Şadam ki, uğurumuzda pay sahibi ola bildim. Rəqibi də sərgilədiyi oyuna görə təbrik edirəm.

- Qolu vurandan sonra formanızı çıxardınız və sarı vərəqə aldınız. Buna çox ehtiyac var idi?
- Biz qolu çox gec vurduq. Yəqin ki, buna görə vurulan qolu belə böyük coşqu ilə qeyd etdik. Formamı çıxaranda sarı vərəqə alacağımı gözləmirdim. Bunu qəsdən etməmişdim. Həm də komandamızın prinsipial rəqibinə qol vurmuşdum.

- Lənkəranda keçirilən son oyunda da qol vurmuşdunuz. Özünüzü "Böyük oyun"ların qəhrəmanı hesab etmirsiniz?
- Qələbəni tək mən yox, bütövlükdə komandamız qazanır. Mənim də bu uğurlarda payım varsa, buna ancaq sevinə bilərəm. Amma özümü qəhrəman hesab etmirəm.

- "Xəzər Lənkəran"ın gənclərdən ibarət heyətlə "Neftçi"yə qarşı bu cür mübarizə aparmasını sizin zəif çıxışınızla bağlı olduğunu demək olar?
- Bizim üçün rəqibin heyətində hansı yaşda futbolçuların çıxış etməsinin fərqi yoxdur. Bunda bir fərq görmürəm. Əlbəttə, "Xəzər Lənkəran"ın əvvəlki heyəti indi yoxdur. Amma oyun göstərdi ki, istənilən rəqibə hörmətlə yanaşmaq lazımdır.

- "Neftçi"nin "Rəvan" və "Xəzər Lənkəran"la oyunlarda inamsız çıxış etdiyini nəzərə alsaq, "Qarabağ"la görüşdən nə gözləyirsiniz?
- "Qarabağ" çempionatın lideridir. Bu komanda ilə oyunda uğur qazanmaq üçün maksimum güc sərf etməliyik. Yeganə fikrimiz qələbə qazanmaqdır. Bizi hətta heç-heçə də qane etməyəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.