14 fevral 2016 00:05

AFFA Məşqçilər Şurasının üzvləri Zirənin düşərgəsində

Ötən gün Zirə İdman Kompleksində AFFA-nın Məşqçilər Komitəsinin Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şakir Qəribovdan ibərət üzvləri ilə “Zirə” Peşəkar Futbol Klubunun rəhbərliyi arasında görüş keçirilib. Azerisport.az xəbər verir ki, klubun prezidenti Vüqar Astanov, icraçı direktor Natiq İsmayılov və baş məşqçi Adil Şükürov qonaqlarla fikir mübadiləsi aparıblar.

Prezident Vüqar Astanov kluba baş çəkdiləri və təcrübələrini paylaşdıqları üçün mütəxəssislərə təşəkkür edib. Komitə üzvlərinə klubda görülən işlər, komandanın durumu və uşaq futbolu haqda məlumat verilib. Mütəxəssislər bəzi sahələrdə məsləhətlərini verməklə yanaşı “Zirə”nin müəyyən məsələlərdə nümunə olduğunu da dilə gətiriblər. Qeyd olunub ki, futbol adamları tərəfindən idarə olunması klubun uğurlarının və inkişaf yolunun əsasını təşkil edir. Görüşdə həmçinin, yerli gənclərin inkişafı və Azərbaycan futbolunun gələcəyi naminə işlərin görülməsinin önəmi vurğulanıb. Komitə üzvləri bu baxımdan “Zirə”də işlərin yaxşı qurulduğunu, artıq müxtəlif yaş qruplarından ibarət komandalara futbolçu verildiyini deyiblər.

Komandanın baş məşqçisi Adil Şükürov da yerli futbolçuların yetişdirilməsi və inkişafı üçün atılan addımlardan danışıb. Mütəxəssis qeyd edib ki, komandaya cəlb olunan təcrübəli yerli və legioner futbolçulara da gənclərin inkişaf etdirilməsi ilə bağlı tövsiyələr verilir. Eyni zamanda, gənclərə də tapşırılır ki, belə futbolçuların təcrübəsindən yararlansınlar. Bununla yanaşı, əvəzedici heyət və digər komandalar da diqqətdə saxlanılır və seçilən gənc futbolçular mütəmadi olaraq əsas komandanın hazırlığına cəlb edilir.

Görüşdə gənc futbolçuların vətənpərvər ruhda yetirşdirilməsinin önəmi də qabardılıb. Komitə üzvləri bununla bağlı konkret işlərin görülməli olduğunu xüsusi qeyd ediblər.

Sonda tərəflər bu cür görüşlərin səmərəliliyini vurğulayaraq, bundan sonra da mütəmadi olaraq keçirilməsinin vacib olduğunu deyiblər. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.