13 fevral 2016 16:00

Orxan Sadıqlı: Neftçiyə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik

"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlı Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.

- "Neftçi" ilə oyundan nə gözləyirsiniz?
- Məşqçilər şans versələr, mən də meydana çıxacağam. Klubumuzun qələbə qazanması üçün əlimdən gələni edəcəyəm. Bu görüş bizim üçün ən vacib oyunlardan biridir.

- Hər iki komandanın heyəti əvvəlki kimi deyil. Bu üzdən bəzi mütəxəssislər bu komandaların duelini "Böyük oyun" adlandırmaq istəmir...
- Hər iki komandanın elə də ciddi iddiası yoxdur. Amma bu görüşlərin həmişə xüsusi stimulu olub. Biz əzəli rəqibik. Qoy olsun "Böyük oyun"un kiçik oxşarı. İstənilən halda "Neftçi" üzərində qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

- Ötən tur "Qarabağ"a qarşı keçirdiyiniz oyunda heyətdə yer almamışdınız. Niyə siz yox, Tərlan Qasımzadə oynayırdı?
- Bu, baş məşqçinin qərarı idi. Nə vaxt məni meydana buraxsa, onda da oynayacağam.

- Həmin oyunda komandanız 0:3 hesabıyla uduzdu. Komandanız kənardan necə təsir bağışladı?
- Uşaqlar 70 dəqiqə liderə qarşı yaxşı mübarizə apardılar. Standart vəziyyətdən iki qol buraxdıq. Üçüncü qol isə müdafiə xəttimizin səhvi idi. Komandamızın oyununa toplanışa çox gec başlaması təsirini göstərir. Biz üçüncü dövrəyə hazır deyildik.

- "Qarabağ" fanatlarının meydana limon atmasını necə qarşıladınız?
- Nəyisə etməzdən öncə onun nəticəsini düşünmək lazımdır. İnsanlar var ki, limon satmaqla çörək pulu qazanır, ailəsini dolandırır. "Qarabağ" fanatları bunu qəsdən ediblərsə, çox pis haldır.

- Sizcə, Lənkəran klubunun azarkeşləri də buna cavab verməlidirlər?
- Mən artıq söhbətlərin əleyhinəyəm. Bir-birimizi başa düşməliyik. Biri səhv edirsə, digəri həmin səhvdən qaçmalıdır. Nəyisə edəndə diqqətli olmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.