13 fevral 2016 13:40
Neftçi Kanaleslə razılığa gəldi
"Neftçi" sabiq hücumçusu Nikolas Kanaleslə razılığa gəlib. Azerisport.az xəbər verir ki, paytaxt klubu çilili forvardla danışıqları artıq yekunlaşdırıb.
Tərəflər yaxın günlərdə rəsmi müqaviləyə imza atacaqlar. Üçüncü dəfə "Neftçi"yə qayıdan Kanales yeni anlaşmaya görə, mövsümün sonunadək paytaxt klubunun şərəfini qoruyacaq.
