13 fevral 2016 11:40
Xəzər Lənkəran Spartakın təklifini qəbul etmədi
"Xəzər Lənkəran" transferə çıxardığı Elnur Cəfərovu Serbiyanın "Spartak" klubuna satmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, klublar bu transferlə bağlı maddi məsələlərdə razılığa gələ bilməyiblər.
XL serblərdən Cəfərovun keçidinə görə 30 000 dollar tələb ediblər. Serbiya klubu isə bu məbləği hissə-hissə ödəməyə hazır olduğunu bildirib. Bu üzə cənubluların ürəyincə olmayıb və transfer baş tutmayıb.
