12 fevral 2016 19:00

Julien Ebah: Ardıcıl 3-cü ev oyununda da qələbə qazanmaq istəyirik

“AZAL üzərindəki qələbəni tezliklə unudub “Qarabağ”a qarşı matça hazırlaşmağa başladıq. Rəqib güclüdür, bunu yaxşı bilirik. Amma indi biz də yaxşı oynayırıq”.

Azerisport.az xəbər verir ki, bu sözlərin müəllifi “Kəpəz”in üzvü Julien Ebahdır. Çempionatın ikinci hissəsinə qollarla başlayan hücumçu klub saytına açıqlamasında belə deyib. Kamerunlu uğurlu seriyanı davam etdirməyə çalışacaqlarını bildirib: “Çempionatda zəif rəqib yoxdur. İstər “Qəbələ”, istərsə də AZAL-la oyunlarda çətinlik çəkdik. Əvvəlcədən də təxmin edirdik ki, qələbə qazanmaq bizim üçün heç də asan olmayacaq. Ancaq buna baxmayaraq qalib gəldik. Ardıcıl üçüncü ev oyununda da qələbə qazanmaq istəyirik. Bunun çətin olacağının da fərqindəyik”.
 
Ebah Topaz Premyer Liqasında cari mövsümdə beş qol vurub. O, ilk iki dövrədə “Rəvan” və AZAL-la oyunlarda fərqlənib. Qış fasiləsindən sonra isə “Qəbələ”yə iki, AZAL-a isə daha bir qol vurub: “Son iki oyunda üç qol vurmuşam. Bu da normal qarşılanmalıdı. Çünki mən hücumçuyam, hesaba təsir etməliyəm. Hücumçular futbolu qol vurmaq üçün oynayır. Vurduğum qollarla “Kəpəz”in qələbəsinə töhvə verdiyim üçün sevincliyəm. Qol vurmaq komanda, özüm və azarkeşlər üçün vacibdir. Qolun baxımlı alınıb-alınmaması elə də önəmli deyil. Əsas olan topu qapıya salmaqdır”.
 
Tez bir zamanda yerli publikanın sevimlisinə çevrilən forvard Gəncə azarkeşlərindən də danışıb: “Komandamız Azərbaycanın ən yaxşı azarkeşlərinə malikdir. Bizim qələbə qazanmağımızda onların dəstəyinin böyük payı var. Hər zaman bizi qələbəyə səsləyir, uğura kökləyirlər. Bir sözlə, xoşbəxtəm ki, bizim komandanın bu cür fanat ordusu var”.
 
Julien Gəncə klubunda forma geyinməkdən məmnunluğunu da dilə gətirib: “Mən çox şadam ki, “Kəpəz”də çıxış edirəm. Mehriban kollektivimiz, təcrübəli baş məşqçimiz var. Şahin Diniyev bütün futbolçulara inanır, məsləhətləri ilə bizə yol göstərir. Hər zaman rəhbərliyin də dəstəyini hiss edirik. Mövsümün sonunda arzuladığımız nəticəyə çatmaq üçün səyimizi birləşdirmişik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.