12 fevral 2016 18:00

AFFA Məşqçilər Şurası AZAL-ın düşərgəsində

AFFA Məşqçilər Komitəsinin üzvləri bu gün AZAL-ın düşərgəsinə baş çəkiblər. Azerisport.az xəbər verir ki, Vaqif Sadıqov, Agasəlim Mircavadov, Şakir Qəribov və Böyükaga Hacıyevdən ibarət məşqçi heyəti “AZAL Arena”ya gələrək əsas komandanın saat 11:00-da start götürən məşqini izləyiblər.

Məşqdən sonra AZAL-ın vitse-prezidenti Elşad Babayev və baş məşqçisi Tərlan Əhmədovla görüşən qonaqlar təxminən 1 saat ərzində həm klub, həm də ölkə futbolu ilə baglı bir sıra movzuları müzakirə ediblər. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov ilk görüşü AZAL-da keçirdiklərini bildirərək bütün klublara baş çəkəcəklərini qeyd edib:

”Əsas məqsədimiz klublarda çalışan həmkarlamızı dinləmək, problemlərini öyrənməkdir. İstəyirik ki, hamı dərdini deyə bilsin, birlikdə bütün çətinlikləri aradan qaldıraq. Biz istənilən məsələnin həllində öz köməyimizi göstərməyə hazırıq. Əsas məqsədimiz AFFA ilə klublar arasında qarşılıqlı əlaqəni qurmaq və mütəxəssislər arasında həmrəylik yaratmaqdır. Bu mənada ilk səfərimizi AZAL-a etdik. Son vaxtlar klubunuzun çıxışı bizdə ancaq xoş hisslər dogurur. Perspektivli və bacarıqlı futbolçulardan ibarət mübariz kollektiv yaradılıb. Burada bir çox yıgmalarda oynayan oyunçular var. Onları daim diqqət mərkəzində saxlayırıq".

Daha sonra baş məşqçi Tərlan Əhmədov çıxış edib və  həmkarlarına komandada görülən işlərlə baglı məlumat verib. Əhmədov klubun strategiyasından danışaraq ehtiyat qüvvənin hazırlanmasına toxunub: "Uşaq futbol komandalarımızda xeyli istedadlı yeniyetmələr var. Biz onları diqqət mərkəzində saxlayırıq. Bu gün potensialı olan istənilən futbolçuya əsas komadanın qapıları açıqdır. Bizimlə mütəmadi məşqlərə cəlb olunan yeniyetmlər var. Milli komandaların məşqçiləri ilə daim ünsiyyətdəyik. Layiqli namizədimiz olanda onlara öz fikirlərimizi çatdırırıq. Rəhbərlik ehtiyat qüvvənin hazırlanmasında və gələcəkdə öz yetirmələrimizdən ibarət komandanın qurulmasında maraqlıdır. Bu sahədə olan təşkilati problemlər yavaş-yavaş aradan qaldırılır".

Məşqçilər Komitəsinin üzvləri Agasəlim Mircavadov, Şakir Qəribov da öz fikirlərini bölüşüblər və onlar da AZAL haqda xoş sözlər söyləyərək müzakirəyə qoşulublar. Nəticədə AZAL-ın nümayəndələri uşaq futbolu və məşqçilərin attestasiyası haqda bir neçə təklif irəli sürərək onların AFFA-nın müvafiq qurumlarına çatdırılmasını xahiş ediblər. (klubun mətbuat xidməti)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.