12 fevral 2016 12:45
Elnur Cəfərov Spartaka keçə bilər
"Xəzər Lənkəran"ın transferə çıxardığı Elnur Cəfərov karyerasını Serbiya çempionatında davam etdirəcək. Azerisport.az xəbər verir ki, onunla bu ölkənin "Spartak" klubu maraqlanır.
Hazırda tərəflər arasında danışıqlar gedir. Amma iki klub arasında tam razılıq əldə olunmayıb.
Qeyd edək ki, "Spartak" Serbiya çempionatında sonuncudan əvvəlki - 15-ci pillədə qərarlaşıb.
