12 fevral 2016 11:45

Böyükağa Hacıyev: Hazırda çempionatımızda Böyük oyun yoxdur

AFFA Məşqçilər Şurasının üzvü, "Neftçi"nin sabiq çalışdırıcısı Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi

- Şənbə günü "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edir. "Böyük oyun" haqda nə düşünürsünüz?
- Düzünü desəm, "böyük oyun" indi yoxdur, 3 il əvvəl var idi. Şənbə günü baş tutacaq görüş adi çempionat matçıdır. İddialı klublar arasında intriqa olurdu, hanı o intriqa? Etiraf etmək lazımdır ki, derbiyə maraq azalıb. Bu gün həmin ajiotaj yoxdur. Sadəcə, "Neftçi" "Xəzər Lənkəran"ı qəbul edir. Cənubluların hansı vəziyyətdə olduğunu hamı gözəl bilir.

- İntriqanı qaytarmaq üçün nə lazımdır?
- Klub rəhbərləri bunu daha yaxşı bilər. İlk olaraq azarkeşlər qayıtmalıdır. Fanatlarsız futbol kimə lazımdır? Futbol kimin üçün oynanılır? Azarkeşlərə icazə verilməlidir ki, sevdikləri kluba dəstək olsunlar. Təhlükəsizlik məsələləri həll olunmalıdır. Amma derbi azarkeşlərsiz sadə oyun kimidir. "Böyük oyun"u qaytarmaq üçün ilk olaraq fanatlar stadionda qayıtmalıdır.

- Sizin üçün "Neftçi" və "Xəzər Lənkəran" dueli nəyi yada salır?
- Biz o vaxtlar oyuna xüsusi hazırlaşırdıq. Hər iki komandada liderlər var idi. Cənubluların özünəməxsus heyəti sona qədər mübarizə aparırdı. Bizdə Flavinyo, Kanales, Vobay, Stamenkoviç və digərlərini xatırlayıram. İndi liderləri görmürəm. İndiki vəziyyətdə komandaların iddiası görünmür, iddia olmayan yerdə rəqabət olmaz.

- Sizcə, indi kim daha güclüdür?
- "Neftçi" daha yaxşı heyətə malikdir. Uğur qazanmağa daha yaxın klub "Neftçi"dir. Amma onların qələbə qazanacağına söz verə bilmərəm. Ola bilər ki, "ağ-qaralar" yaxşı oynasın, amma qalib gəlməsin. Sadəcə, indi Əsgər Abdullayevin komandası qələbəyə daha yaxındır.

- Bəziləri indi "Qarabağ" - "Neftçi" görüşünü daha maraqlı hesab edir. Bəlkə artıq bu duelə "böyük oyun" demək olar?
- Əsla mümkün deyil. Bu gün "Qarabağ"ın qarşısına heç bir klub çıxa bilməz. Ağdam təmsilçisi bütün klublardan güclüdür. Qurban Qurbanov yaxşı komandaya malikdir. Onlar hər bir komandanı asanlıqla məğlub edə bilər. Xal itkiləri mümkündür, lakin lider dəyişməyəcək. "Qarabağ"ı heç kim saxlaya bilməz.

- Hətta "Qəbələ" də?
- "Qəbələ" "Qarabağ"la bacarmaz. Yaxşı heyətə malik olsalar da, Qəbələ təmsilçilsi tam fərqli komandadır. Sabit oyun göstərmirlər. Bəzən ardıcıl xal itirirlər. Ağdam komandası rəqibindən daha güclüdür. Bu mənada hazırda çempionatda "böyük oyun" yoxdur.

- Mətbuatda Nikolas Kanalesin Azərbaycana qayıtdığı yazılıb. Sizcə, hazırda Kanales klublarımıza kömək edə bilər?
- Kanalesin meneceri, deyəsən, Kamil Məmmədovdur. Nikolas yaxşı futbolçudur. Amma indi onun hansı formada olduğunu bilmirəm. Ona görə şərh vermək istəməzdim.

- Böyükağa Hacıyev futbol üçün darıxmayıb?
- Çox darıxmışam. Futbol üçün darıxmamaq olar? "Neftçi"dən ayrılandan sonra tez bir zamanda təkliflər olacağını gözləyirdim. Amma hazırda heç bir təklif yoxdur. Ölkə çempionatındakı sakitlik kimi, məşqçi axtarışında da sakitlikdir. Bizim işimiz belədir, bəzən belə günlərin olacağını da bilməliyik. Məşqçi bəzən uğur barədə düşünür, bəzən isə nə vaxtsa yenidən futbolda olacağını gözləyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.