12 fevral 2016 00:30
Millimizi məğlub edən Rusiya AÇ-nin finalına yüksəldi
Serbiyanın paytaxtı Belqradda keçirilən futzal üzrə Avropa çempionatının ilk finalçısı müəyyənləşib. Azerisport.az xəbər verir ki, ilk yarımfinal görüşündə turnirə ev sahibliyi edən Serbiya Rusiya yığması ilə qarşılaşıb.
Matç 3:2 hesabıyla şimal qonşularımızın xeyrinə başa çatıb. Nəticədə, Rusiya adını finala yazdırıb. Hansı ki, bu komanda 1/4 finalda məhz Azərbaycan yığmasına 6:2 hesabıyla qalib gələrək mərhələ adlamışdı.
Rusiya yığmasının finaldakı digər rəqibi İspaniya və Qazaxıstan arasındakı oyunun qalibi olacaq.
