11 fevral 2016 17:15

Zaur Axundov açıqladı: Üç futbolçu bundan sonra millidə olmayacaq

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov yığma komandamızın AÇ-2016-nın final mərhələsi çərçivəsindəki çıxışını şərh edib. Azerisport.az saytına açıqlamasında o, öncə bunları söyləyib:

"AÇ-2016 bizim üçün uğursuz alındı. Baxmayaraq ki, sonda ən güclü səkkiz komanda arasında yer aldıq. Komandamızın çıxışını başqa cür adlandırmaq olmaz. Daha çox yerli oyunçuların çıxışından narazı qaldım. Onlardan daha çox şey gözləyirdim".

Federasiya rəhbəri millimizin gənc qapıçısı Rövşən Hüseynlinin çıxışına da toxunub: "İtaliyaya qarşı keçirdiyimiz ilk görüşdəki yaxşı oyundan (0:3) sonra Rövşən ulduz xəstəliyinə tutuldu. Mən komandamızda belə halları qəbul edə bilmirəm. O, Çexiya (6:5) və Rusiya (2:6) ilə oyunlarda çox pis çıxış etdi".

"Təəssüf ki, biz bu turnirə tam hazırlaşa bilməmişdik. Yaxşı sınaqçı rəqib tapa bilmədik. Hətta bunlara rəğmən, Rusiyanı keçə bilərdik. Sadəcə, müdafiə xəttimizdəki zəif çıxışdan sonra qələbə qazanmaq şansımız qalmadı. Hesab 1:1 olarkən fərqlənə bilsəydik, hər şey tam fərqli ola bilərdi".

Axundov dünya çempionatının pley-off mərhələsinin oyunları barədə də danışıb: "Qarşıda dünya çempionatının pley-off matçları var. Azərbaycan futzalı tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə qatılmaq istəyirik. İndiki heyətdən üçü həmin heyətdə yer almayacaq. Amma onların adını sonra açıqlayacağam. Dünya çempionatına vəsiqə qazanmayacağımız halda isə, indiki heyətin 90 faizi komandadan uzaqlaşdırılacaq".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.