11 fevral 2016 15:15
Kanales Azərbaycana qayıdır
"Neftçi"nin sabiq hücumçusu Nikolas Kanales yenidən Azərbaycan Premyer Liqasında çıxış edə bilər. Azerisport.az xəbər verir ki, çilili futbolçu bu həftə Bakıya gələcək.
Əldə etdiyimiz ilkin məlumatlara görə, Kanales ya sabiq klubu "Neftçi"yə keçəcək, ya da "Qəbələ"nin sıralarına qoşulacaq.
Qeyd edək ki, çilili forvardın son iş yeri Rusiyanın "Krılya Sovetov" klubu olub.
