11 fevral 2016 12:30
Asif Əliyev üçün əlamətdar gün
“Neftçi”nin veteran futbolçusu Asif Əliyevin 60 yaşı tamam olub. Azerisport.az xəbər verir ki, veteran futbolçunun yubiley mərasimində “Neftçi”nin rəhbərliyi, komanda üzvləri və futbol ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.
Yubilyarı “Neftçi” adından Müşahidə Şurasının üzvü Səməd Qurbanov təbrik edib.
Qeyd edək ki, Asif Əliyev 1973-1974, 1976-1985-ci illərdə “Neftçi”nin heyətində 258 oyun keçirib, 43 qol vurub. Veteran futbolçumuza can sağlığı, uzun ömür arzu edirik! (klub saytı)
