11 fevral 2016 12:00

Elnur Məmmədov ECA-nın 16-cı Baş Assambleyasında

Fevralın 9-da Fransanın paytaxtı Parisdə Avropa Klublar Assosiasiyasının (ECA) sayca 16-cı Baş Assambleyası təşkil olunub. Azerisport.az xəbər verir ki, FİFA-nın baş katibinin müavini Marko Villinger, UEFA-nın baş katibi Canni İnfantino və ECA-nın sədri Karl-Haynz Rummenige ilə yanaşı, ümumilikdə 143 klub nümayəndəsinin iştirak etdiyi assambleyada “Neftçi”ni klubun icraçı direktoru Elnur Məmmədov təmsil edib.

ECA-nın FİFA tərəfindən qəbul olunmuş vacib qərarlarda fəal iştirakı tədbirin əsas mövzusu olub. Bildirilib ki, FİFA əsas futbol strukturu kimi futbolun inkişafı və idarə olunmasında məsul qurumdur. Bu səbəbdən də FİFA klub və futbolçularla daha sıx münasibətdə olmalıdır.

Bundan bir gün öncə, 8 fevral tarixində isə Elnur Məmmədov üzvü olduğu “Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu”nun iclasında iştirak edib. Tədbirdə işçi qrupunun üzvləri növbəti illərdə baş tutacaq klub turnirlərinin təşkili və inkişafı mövzusunda müzakirələr aparıblar.

İki günlük səfər çərçivəsində klub nümayəndələri 4-cü diviziya klubları üçün təşkil olunmuş  iclasda bir araya gəliblər. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.