11 fevral 2016 11:45

"Ad günü arzum mövsümü çempion kimi başa vurmaqdır"

Fevralın ilk ongünlüyü “Qəbələ”nin iki futbolçusu üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, komandanın iki üzvü ardıcıl ad günlərini qeyd edib.

Fevralın 9-da polşalı qapıçı David Pietrzkieviç 28 yaşını tamamlayıbsa, ötən gün Azərbaycan yığmasının müdafiəçisi Arif Daşdəmirov 29-cu ad gününü keçirib. Əvvəllər də “qırmızı-qaralar”ın formasını geyinən, lakin komandadan ayrılan və 2015-ci ilin yayında yenidən kluba dönən oyunçular doğum günlərinə fərqli yanaşsa da, ortaq arzuya malikdirlər. Bu tarixi vətəndən kənarda qeyd etməsi adi hala çevrilən polşalı ad günündə arzu da tutduğunu və bu istəyini klub saytına açıqlayıb:

“Ad günümü komanda yoldaşlarımla qeyd etdim. Ailəmin yanımda olmasa da, artıq buna da adət etmişəm. Axı ardıcıl 6-cı ad günümdür ki, evimdən uzaqda qeyd etməli oluram. Yadımdadır 2 il əvvəl də Qəbələdəydim. İstərdim ki, növbəti ad günlərimi də burada qeyd edim. Bu əlamətdar günlə bağlı əvvəlki illərdən qeyri-adi xatirəm qalmayıb. Hər dəfə eyni şəkildə keçirirəm. Həmin tarixdə meydana çıxdığımı da xatırlamıram. Amma iki il öncə ad günüm ərəfəsində səfərdə “Sumqayıt”la qarşılaşdıq. Yadımdadır ki, 3:0 hesabı ilə qalib gəldiyimiz matçda qapımızı da toxunulmaz saxladım. İndi isə doğum günündən sonra bu rəqiblə oynayacağıq. Yenə eyni hesabla qalib gəlməyimizi istərdim. Dünən isə ürəyimdə ad günü arzusu tutdum ki, mövsümü çempion kimi başa vuraq”.

Ad günündə Topaz Premyer Liqasının qızıl medallarını qazanmağı arzulayan qapıçı bu istəyin gerçəkləşməsi üçün mübarizə aparacaqlarını bildirib: “Komandamızın çıxışına gəlincə, hazırda qərarlaşdığımız mövqe bizə uyğun deyil. “Qəbələ” Azərbaycanın ən yaxşı komandalarındandır. Biz də çempionluq uğrunda mübarizə aparırıq. Baxmayaraq ki, liderlə xal fərqimiz var. Bunu aradan qaldırmaq mümkündür. Qarşıda vacib qarşılaşmalar var ki, onlar da qalib gəlməklə arzumu gerçəkləşdirməyə yaxın olacağıq. Müqaviləm bu ilin yayında bitsə də, “Qəbələ”də qalmaq istəyirəm. Növbəti ad günlərimi də burada qeyd etmək istərdim”.

Daşdəmirov ad gününə böyük önəm verməsə də, komanda yoldaşının arzusuna şərikdir. O da “Qəbələ”nin 1-ci yer uğrunda mübarizə aparacağını açıqlayıb: “Mövsümün ikinci yarısına iki səfər oyunu ilə başladıq. Gəncədəki ilk matçımız uğursuz alınsa da, “İnter”lə qarşılaşmada toparlana bildik. Həmin qarşılaşmada bacarığımızı nümayiş etdirib, vacib qələbə qazandıq. “İnter” zəif komanda deyil. Bu rəqibi məğlub etmək asan olmadı. Amma bunu bacardıq. Şadam ki, 3 xal qazanmaqla azarkeşlərimizi sevindirə bildik. Qarşıda “Sumqayıt”la görüş var. Necə olacağını söyləmək çətindir. Lakin bütün gücümüzü meydanda qoyacağıq ki, yenə qələbə qazanaq. Çünki çox xal itirmişik. Amma artıq komandamız çətinlikləri arxada qoyur. Bu üzdən artıq xal itirməməliyik. Əvvəlki xal itkilərinə baxmayaraq, hədəfimiz dəyişmir. Çempionluq uğrunda mübarizə aparacağıq. Düzdür, liderlə xal fərqini aradan qaldırmaq çətin olacaq. Ancaq hələ qarşıda 16 tur var, bu oyunlar çox dəyişikliyə səbəb ola bilər. Biz də 1-ci yer üçün mübarizəni davam etdirəcəyik”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.